Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.
Yol haqda məlumatı Prezident və xanımına Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov çatdırıb.