Alkoqol hansı orqanlara zərər verir? - NARKOLOQ DANIŞDI
29-12-2022, 18:55
6 326

Alkoqol hansı orqanlara zərər verir? - NARKOLOQ DANIŞDI

lkoqolun qaraciyər, ürək və qan damarları üçün təhlükəsi barədə insanlara xəbərdarlıq edilib. 
Xarici mətbuat xəbər verir ki, Narkoloq Daniil Petrovun fikrincə, alkoqolun həddindən artıq istehlakının nəticələri hər bir insan üçün fərqli olur. 
Onun sözlərinə görə, alkoqoldan ən çox əziyyət çəkən orqanlara qaraciyər, ürək və qan damarları daxildir. 
Həkimin fikrincə, alkoqol ən çox qaraciyərə zərər verir:
“Sağlam qaraciyər saatda cəmi 10 qram spirtli içkini "zərərsizləşdirə" bilər. Lakin spirtli içkilərdən mütəmadi istifadə etmək qaraciyəri sıradan çıxarır. Damarların tutulması oksigenin bədənə və beyinə daxil olmasını maneə törədir”.

Oxşar xəbərlər