16 mindən çox şəxs Ukraynadan Azərbaycana gətirilib
30-12-2022, 19:19
17 863

16 mindən çox şəxs Ukraynadan Azərbaycana gətirilib

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2022-ci ildə 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşın, son 3 il ərzində isə 380-i uşaq və 29-u qadın olmaqla, ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib.
Bu barədə məlumat Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında öz əksini tapıb.
Hesabatda, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Ukraynadan ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onların ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsinin təmin olunduğu bildirilib.

Oxşar xəbərlər