Koronavirusla bağlı son məlumat açıqlandı - GÜNÜN STATİSTİKASI
17-11-2020, 16:24
242

Koronavirusla bağlı son məlumat açıqlandı - GÜNÜN STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 213, ötən müddət ərzində isə ümumilikdə 1 536 434 test aparılıb.

Oxşar xəbərlər