Türkiyə səfiri Həmrəylik Günü ilə bağlı azərbaycanlıları təbrik edib
31-12-2022, 15:00
16 934

Türkiyə səfiri Həmrəylik Günü ilə bağlı azərbaycanlıları təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.
Bu barədə diplomat "Twitter" səhifəsində yazıb.
“Bütün Azərbaycanlı bacı və qardaşlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və firavan günlər arzu edirəm”, - diplomat sosial şəbəkədə qeyd edib.

Oxşar xəbərlər