Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələdi
2-01-2023, 11:23
1 674

Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. 
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə əməkdaşın səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. 
O, xəstəxanaya yerləşdirilib. 
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər