Ötən il 196 uşağa Polad adı verilib
2-01-2023, 18:59
7 945

Ötən il 196 uşağa Polad adı verilib

Ötən il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.
2022-ci ildə 196 uşağa Polad adı verilib.
Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə 193, 2021-ci ildə isə 306 körpəyə Polad adı verilib.
Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür.

Oxşar xəbərlər