Tarix qoxulu antik əşyalar
3-01-2023, 15:06
6 806

Tarix qoxulu antik əşyalar

Qədim əşyaların təmiri və bərpası ilə məşğul olan Əkrəm Məmmədov 27 ilini bu işə həsr edib.
45 yaşlı Əkrəm usta deyir ki, insanlar çox zaman antik əşyaların dəyərini bilmədiklərindən onları atmağa və ya satmağa çalışırlar. Lakin əksəriyyətinin bərpası mümkündür.
“Ən qədim əşya Səfəvilər dövrünə aiddir. Təxminən 300 yaşı var”, - deyə sənətkar qeyd edib.
Bərpa edilən əşyaların qiyməti isə onun tarixindən və aparılan təmir işlərindən asılı olaraq dəyişir.

Oxşar xəbərlər