Nazir rüşvətə görə işdən çıxardığı DYP rəisinin yerinə onu TƏYİN ETDİ
5-01-2023, 11:47
837

Nazir rüşvətə görə işdən çıxardığı DYP rəisinin yerinə onu TƏYİN ETDİ

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz DYP-nin rəisi vəzifəsinə Füzuli Əsədov təyinat alıb. O, bu təyinatadək Xızı DYP-nin rəisi olub.
Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı. 

Oxşar xəbərlər