Metrodan istifadə edənlərin sayı kəskin artıb
6-01-2023, 20:15
14 964

Metrodan istifadə edənlərin sayı kəskin artıb

2022-ci ilin yanvar-noyabr aylarında Bakıda metrodan istifadə edənlərin sayı kəskin artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan müddət ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,6 dəfə artaraq 187,4 milyon nəfər olub.
Ümumi sərnişinlərin 2,8 faizi metrodan istifadə edib. Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 466,2 milyon sərnişinə xidmət göstəriblər.

Oxşar xəbərlər