Bakıdan bəzi rayonlara avtobus reysləri təxirə salındı
9-01-2023, 18:53
6 788

Bakıdan bəzi rayonlara avtobus reysləri təxirə salındı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əlaqədar regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. 
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.
Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb.
Hazırda Bakıdan rayonlara səfər etmək istəyən sərnişin sayında azalma müşahidə edilir. AYNA tərəfindən istiqamətlər üzrə monitorinq aparılıb. Əksər istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilib. Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan reyslər hava şəraiti ilə bağlı təxirə salınıb.  

Oxşar xəbərlər