Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürüldü
10-01-2023, 12:03
2 016

Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürüldü

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb.
DİN-dən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Oxşar xəbərlər