Oturaq həyatın 3 mənfi təsiri
10-01-2023, 12:32
1 936

Oturaq həyatın 3 mənfi təsiri

Oturaq həyat zamanla sağlamlığı öldürür.
Oturaq işdə çalışmaq və evdə gününü keçirmək orqanizmə mənfi təsir göstərir.
1. Pis əhval-ruhiyyə
Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.
2. Yuxusuzluq, yaddaşsızlıq
Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.
3. Ürək-damar sistemi zəifləyir
Hərəkət etməyən insanın ürəyi zəifləyir, damarları tutulur. Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.

Oxşar xəbərlər