Cəmiyyət
18-11-2020, 16:10
160
Köçkünlər Qarabağa nə vaxt qayıdacaq? - AÇIQLAMA
44 günlük müharibə nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşməndən təmizləyib. Artıq üçtərəfli razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlıları yerləşdirilib. Hətta atəşkəs əldə olunandan sonra Qarabağdan köçən ermənilərin geri qaytarılmasına başlanılıb.
Maraqlıdır, yurd-yuvasından didərgin düşən məcburi köçkünlərimiz Qarabağa nə vaxt qayıdacaq?
Millət vəkili Aqil Abbas Yenisabah.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə bu prosesə başlanılacağı güman edilir:
“Qubadlıda onların yalnız qərargahları vardı, amma təbii ki, Hadrutun kəndlərində, Şuşada yerləşdirməyin vaxtı çatıb. O cümlədən Kəlbəcər, Laçın və Xocalıda da məcburi köçkünlərimizi yerləşdirəcəyik. Dövlətin özünün bildiyi vaxt var. Gərək, hər yer minalardan təmizlənsin, təhlükəsizlik məsələləri həll olunsun, bundan sonra yəqin ki, biz də başlayacağıq. Rusiya nə köçürür, köçürsün də... Qayıtmaq istəyən qayıdır. İndi sabah bizdə kimsə Şuşaya getmək istəsə, kim ona mane ola bilər? Heç kim”.
Millət vəkili vurğulayıb ki, ərazilərimizin minalardan təmizlənməsi bir az uzun çəkə bilər:
“Ağdamda, Kəlbəcərdə, Laçında bu proses vaxt alacaq. Çünki əvvəldən oralar minalı olsa da, ermənilər çıxanda bir də minalayır. Özü də bu təkcə ANAMA-nın işi deyil. Beynəlxalq təşkilatlar da canı çıxıb minaları təmizləməlidir. Ona görə də köçürmə ilə bağlı dəqiq vaxtı deyə bilmərəm. Möhtərəm Prezidentin bir sözü var: “Mən nəyi nə vaxt, necə edəcəyimi bilirəm”. Tutaq ki, ermənilər ayın 20-i Ağdamdan çıxırlar. Mən də deyim ki, noyabrın 21-i Ağdama gedəcəm? Axı yalan danışmış olaram, bəlkə gedə bilməyəcəm”.