Avtobusda qaz balonu istifadə edən sürücü saxlanıldı - YENİLƏNİB
12-01-2023, 16:31
6 925

Avtobusda qaz balonu istifadə edən sürücü saxlanıldı - YENİLƏNİB

Bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
"Unikal" xəbər verir ki, Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilmiş və Cəlilabad şəhərində müntəzəm marşurut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılmışdır. Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilmiş, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanıb.
Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.
***
10:52
Cəlilabad rayonunun ictimai nəqliyyatı bərbad vəziyyətdədir.  Avtobusda isitmə sistemi işləmədiyi üçün sürücü salonda maye qaz balonu yandırır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün sosial şəbəkələrdə paylaşılan marşrutla bağlı araşdırma aparılıb.
Cəlilabad şəhərdaxili 1 saylı marşrutda fəaliyyət göstərən Mercedes Benz markalı 10 OG 584 DQN-lı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğlu bildirib ki, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir salonun içi isti olmaq üçün təsadüfən yandırıb. Buna baxmayaraq sürücünün belə təhlükəli hərəkətinin təkrar baş verməməsi üçün dərhal xəttən kənarlaşdırılıb.



Oxşar xəbərlər