Ölkədə suçiçəyi xəstəliyinin artmasına aydınlıq gətirildi
12-01-2023, 17:54
6 653

Ölkədə suçiçəyi xəstəliyinin artmasına aydınlıq gətirildi

"2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub".
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, lakin payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.
"Qeydə alınan xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin aparılması təmin edilir", - deyə vurğulanıb.

Oxşar xəbərlər