Metroda PROBLEM - Sərnişinlər düşürüldü
13-01-2023, 10:18
937

Metroda PROBLEM - Sərnişinlər düşürüldü

Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Təlimat tələbənə uyğun olaraq sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib.
Əvəzinə depodan qatar verilib xə xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.

Oxşar xəbərlər