Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
13-01-2023, 10:19
947

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Tbilisi prospekti, mərkəz istiqamətdə;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər