“Ömrümün sonuna qədər mübarizə aparacam”
14-01-2023, 13:08
15 907

“Ömrümün sonuna qədər mübarizə aparacam”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı növbəti ad gününü qeyd edib.
OLAY yazır ki, onun yeni yaşı münasibətilə uşaq sığınacağındakı azyaşlılar da təbrik ünvanlayıb. Həmin anları paylaşan aparıcı bu sözləri yazıb:
“Videonu izləyəndə gözlərim doldu. Mənim üçün ən dəyərli hədiyyə sığınacağa yerləşdirdiyim balaların təbrikidir. Uşaqları çox sevirəm. İmkanım olsa, bütün atılan, haqqı tapdalanan uşaqları başıma yığıb onların anası olardım. Sizi sevirəm, əziz balalarım. Sizin və sizin kimi atılan, əzilən bütün balalar üçün ömrümün sonuna qədər mübarizə aparacam”, - deyə, Xoşqədəm bildirib.

Oxşar xəbərlər