Zülfiyyə Xanbabayevadan kədərli paylaşım
14-01-2023, 13:23
15 905

Zülfiyyə Xanbabayevadan kədərli paylaşım

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən il vəfat edən qardaşının xanımı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, onunla fotolarını izləyiciləriylə bölüşən sənətçi mərhumun ad günü olduğunu bildirib.
“Alagözlü Fəridəmiz... Gözəlim, gəlinimiz. Bu gün doğum günündür. Eyni zamanda əbədiyyətə qovuşmağının düz 2 ayıdır. Sən cismən getdin. Amma gözümüzün yaşında, təbəssümümüzdə, hər yerdə varsan! Ömrümüzün sonunadək sən bizim üçün var olacaqsan. Darıxırıq”, - deyə, Xanbabayeva vurğulayıb.

Oxşar xəbərlər