Zamiq xarici ölkədə virusa yoluxdu
14-01-2023, 14:19
15 758

Zamiq xarici ölkədə virusa yoluxdu

“Bu gün 5-ci gündür ki, bir çoxu kimi amansız virusun əziyyətini çəkirəm. Amma şükür ki, artıq özümü çox yaxşı hiss edirəm”.
Bu sözləri müğənni Zamiq Hüseynov instaqramda qeyd edib. O, səhhətində yaranan problemdən bəhs edərək başqa ölkədə olduğunu vurğulayıb:
“Beş gün bir otaqda qalmaq, bir də bunu başqa ölkədə yaşamaq kədərlidir. Onu da deyim ki, belə hallarda vaxt çox olduğundan, deyirsən, bəlkə özümü də dinləyim, bir arxivə nəzər salım. Hərçənd ki, özümü dinləməyi sevmirəm. Özümə tənqidi yanaşıram, kaş bu hissəni belə oxuyardım, bu boğazı edərdim və sairə. Yaradıcı insanlar məni lap yaxşı başa düşərlər”.

Oxşar xəbərlər