Noxud pəhrizi ilə 3 gündə 4 kilo ARIQLAYIN
16-01-2023, 18:51
6 299

Noxud pəhrizi ilə 3 gündə 4 kilo ARIQLAYIN

Noxud arıqlamağa kömək edən və uzun müddət tox saxlayan sağlam qidadır. Faydaları çox olan noxudla çəkini azaltmaq da mümkündür. 
Xarici KİV xəbər verir ki, noxud duz və ədviyyatlarla yüksək odda 30-40 dəqiqə qovrularaq hazırlanır.
Yarım çay stəkan sarı xırtıldayan noxud 20 qram 70 kaloridir.
Noxud pəhrizi ilə siz 3 günə 4 kilo arıqlaya bilərsiniz. Noxud pəhrizi ilə arıqlayanlar bildirirlər ki, noxudun tox saxlamaq xüsusiyyəti var, ona görə də arıqlamağa kömək edir.
Noxud ən çox lif ehtiva edən qidalar sırasındadır. Arıqlama pəhrizinizə liflə zəngin qidaların daxil edilməsi qan şəkərinin həddindən artıq azalması və artmasının qarşısını alır, iştahı idarə edir, uzun müddət toxluq hissi verir və həddindən artıq kalori qəbulunun qarşısını alır. Noxudun tərkibindəki yüksək vitamin və minerallar immunitet sisteminin güclənməsində rol oynayır.
Noxud pəhrizi üçün lazım olan inqrediyentlər:
1 orta xiyar
1 kasa qatıq
1 çay qaşığı sumaq
1 çay qaşığı paprika (isteye görə)
Duz (isteyə görə, təzyiq probleminiz varsa istifadə etməyin)
Pərpətöyün, cəfəri və başqa göyərtilər. 
Deməli, xiyar qabığı ilə rəndələnir. Bir kasa qatıq üzərinə istəyə uyğun ədviyyat və duz əlavə edilir. Sonda rəndələnmiş xiyar, qovrulmuş noxud və blenderlə toz halına gətirdiyiniz inqrediyentlər əlavə edilir. Bu qarışığı nahar, günorta və axşam bir kasa yeməyiniz daha münasibdir.

Oxşar xəbərlər