"City Hospital"dan Azərbaycan Ordusuna böyük xidmət! (FOTOLAR)
19-11-2020, 12:29
350

"City Hospital"dan Azərbaycan Ordusuna böyük xidmət! (FOTOLAR)

Vətən Müharibəsinin gedişi və uğurları milli tariximizin qürurlu səhifələrindən birinə çevrildi. Şanlı əsgər və zabitlərimiz canı və qanı bahasına işğal olunmuş torpaqlarımızdan erməni qəsbkarlarını və quldurlarını qovub çıxartdı, onları kapitulyasiyaya məcbur etdi.
Azərbaycan Ordusunun Dağlıq Qarabağda əldə etdiyi bu parlaq qələbədə həkimlərimizin də öz yeri var. Bu gün qəhrəman həkimlərimiz yaralıların həyata qaytarılması və reabilitasiyası uğrunda gecə-gündüz bilmədən fədakarcasına çalışırlar. Çünki döyüşən əsgər hər an tibbi yardım sarıdan dəstək hiss etdikcə, onun döyüş ruhu yüksəlir.
«City Hospital»ın kollektivi də döyüşlər başlayan ilk gündən xüsusilə fərqlənib. Onlar Hərbi Hospitalda, Yeni Klinikada, o cümlədən, cəbhədə, sərhədyanı hospitallarda tanınmış travmatoloq-ortopedləri, damar cərrahları, ümumi cərrahları, tibb bacıları və texniki personalı ilə 500 nəfərə yaxın yaralı əsgər və zabitə yerində göstərdiyi yüksək ixtisaslı tibbi yardımla onların həyatını xilas edə biliblər.
Tibbi-səhra cərrahiyyəsi tarixində bir yenilik kimi əvvəllər qəbul edilmiş tibbi evakuasiya qaydalarının əksinə olaraq, ilk tibbi yardımla ixtisaslaşdırılmış yardımın zamanında və eyni anda aparılması qaydaları müəyyən edilib. Bu yeni yanaşma nəticəsində onlarla yaralının effektiv müalicəsi və erkən reabilitasiyası mümkün olub, həyatı xilas edilib. Həkimlərimizin səyi ilə məhz eyni yaralıya eyni anda müxtəlif yönlü əməliyyatların aparılması da bu qəbildəndir. Göstərilən taktika Azərbaycanın Vətən müharibəsi hərbi-səhra cərrahlığında yeni bir istiqamət kimi dəyərləndirilə bilər.
Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımıza əbədi eşq olsun!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər