Tanınmış müğənninin səsi batdı
18-01-2023, 12:11
1 119

Tanınmış müğənninin səsi batdı

Bir zamanlar tanınmış müğənni Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda Əlizadə uzun müddətdir efirlərə çıxmırdı.
Lent.az xəbər verir ki, buna səbəb müğənninin səsini itirməsi olub.
Bu barədə o, televiziya veriişlərinin birində danışıb. Sevda Əlizadə qeyd edib ki, səs tellərində polip yaranıb və həkimlərin yanlış əməliyyatı nəticəsində səsini tamamilə itirib.
“Uzun müddət səsim, ümumiyyətlə, çıxmadı. Yaxınlarımla ancaq yazaraq ünsiyyət qura bilirdim. Növbəti bir əməliyyatla səsim açıldı, danışa bildim. Hələlik mahnı oxuya bilmirəm”,- deyə o qeyd edib.

Oxşar xəbərlər