Sabah qar yağacaq - Hava PROQNOZU
19-11-2020, 13:13
281

Sabah qar yağacaq - Hava PROQNOZU

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə  sütunundan 768 mm civə  sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.  
Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 3-6,  gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə  isti olacaq.   
Tibbi-meteoroloji proqnoz
Noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Oxşar xəbərlər