Türkanın səhhətində problem yarandı
18-01-2023, 13:28
1 244

Türkanın səhhətində problem yarandı

Müğənni Türkan Vəlizadənin səhhətində problem yaranıb.
Bu barədə sənətçi instaqram hesabında məlumat paylaşıb. 
O, izləyicilərindən sağalması üçün dua istəyib.
“Çox pis, ağır xəstələnmişəm. Günlərdir davam edən xəstəlik sağalmaq bilmir. Artıq ağrılara taqətim qalmayıb. Özünüzü mütləq qoruyun. Sizdən istəyim mənim üçün dua edin ki, tez sağalıb ayağa qalxım. Həyatda hər şey boşdur, əsas canımız sağlam olsun. Dualarınıza ehtiyacım var. Çox çətinliklər, ağrılı, acılı günlər gördüm. İnşallah, sizin dualarınızla bu günləri də geridə qoyacam”, - deyə, Vəlizadə qeyd edib.

Oxşar xəbərlər