Xatirə əri ilə küsülü imiş
21-01-2023, 13:05
17 016

Xatirə əri ilə küsülü imiş

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə küsülü olduğunu açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə “Zaurla Günaydın” verilişində danışıb. Xatirə deyib ki, aralarında söz-söhbət olduğu üçün  proqrama dəvətlə bağlı xəbəri də ona özü deməyib:
“Verilişin prodüseri zəng edəndə dedim, onlarla özün əlaqə saxla. Danışıram, biri mənə naz edir, deyir gəlirəm, ya gəlmirəm. Səncə, Fəxrəddin gələcək? Dünən məşqdə idim, oğluma dedim ki, atasına söyləsin, həm də bir az küsülülük var. Hər ailədə olur. Barışmağın vaxtı var. Bir dəfə bura gəlmişdim, bıçağı yumamış qaşıqların arasına qoymuşdum. Ona görə küsdü. Bu dəfə yeni maşın almışdım, sənəd problemi oldu. Onunla əlaqədar küsülülük oldu”.

Oxşar xəbərlər