Cəmiyyət
20-11-2020, 11:22
168
“Elə bildim məni əsir götürüblər“ - Kamil cəbhədən danışdı + Video
Tanınmış fitness məşqçisi Kamil Zeynallı Füzuli rayonunda əsgərlərlə birgə keçirdiyi gün barədə danışıb.
Cəbhə bölgəsindən görüntüləri sosial şəbəkə hesabında paylaşan idmançı başına gələn maraqlı hadisəni yazıb:
“Yerdə yataq kisəsinin içinə girib “zamok”u da çəkib yatmışdım. Düz 3 saata yaxın yatmışam, gecə yatmamışdıq, səhərəyaxın 7-də gəlib çıxmışdıq. Torpaqda yatmağın da öz ləzzəti olur. Nə isə, bir də ayılanda gördüm ki, başımın üstündə 7-8 nəfər silahlı erkək dayanıb, elə bildim əsir düşmüşəm çünki yuxulu və yorğun idim, sonra gördüm ki, bizim dildə danışırlar. Dedim həqiqətən sizsiniz? Beynim bir anlıq donmuşdu”.
Həmin görüntüləri təqdim edirik: