Ova cəhd edənlər cəzalandırıldı
26-01-2023, 15:17
7 545

Ova cəhd edənlər cəzalandırıldı

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb".

Oxşar xəbərlər