“Onları mən özüm də qəbul etmirəm”
30-01-2023, 14:38
890

“Onları mən özüm də qəbul etmirəm”

Reper Ramil Nabranın növbəti açıqlaması diqqət çəkib.
OLAY yazır ki, “Səhərin səsi” proqramında qonaq olan ifaçı öz həmkarlarından bəhs edib. Ramil deyib ki, hazırda çox reper sosial şəbəkələrdə populyardır:
“Son on ildə yutub kanalları daha da populyarlaşdılar. Çox gənc efirdən əlavə, yutuba baxır. Orada kim populyardısa, ona önəm verirlər. Siz deyirsiz ki, köhnələrdən üstün... Hazırda yutubdakı çox tanınmış reper telekanallarda yoxdur. Siz maliyyələşdirmisiz, çünki özünüzü maliyyələşdirən lazımdır. Maliyyələşdirin sənətçi gəlsin”.

Bu zaman aparıcı Samir Bayramlı “O adamların bəziləri səviyyəliyəm  adı altından efirləri qəbul etmirlər, çıxmırlar”, - deyə, Ramilə etiraz edib. Reper isə ona  “Onları mən özüm də qəbul etmirəm” cavabını verib.
Qeyd edək ki, son illərdə Elşad Xose efirlərə çıxmaqdan imtina edir, həmçinin proqramlardan qonaq kimi iştirakı üçün qonorar istəyir.

Oxşar xəbərlər