Soyuq havalarda hansı meyvələr qəbul edilməlidir? - DİETOLOQ DANIŞDI
31-01-2023, 11:48
1 324

Soyuq havalarda hansı meyvələr qəbul edilməlidir? - DİETOLOQ DANIŞDI

Dietoloq Anton Burkin soyuq havalarda insan orqanizmi üçün ən faydalı, vitamin və qidalandırıcı məhsulların adını açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, dietoloq bildrib ki, xurmanın tərkibində yod, A və C vitaminləri, kalsium, xrom və maqnezium var. 
Onun sözlərinə görə, tərkibndə qlükoza çox olduğuna görə xurma şəkərli diabetdən əziyyət çəkən insanlar üçün əks göstərişdir. 
Dietoloq tərkibində D vitamini və orqanizmdə metabolik prosesləri sürətləndirən və pis xolesterinin əmələ gəlməsini maneə törədən sinefrin olan naringilərin faydalarından da danışıb:
“Naringinin yüksək kalium və aşağı natrium tərkibi də qan təzyiqini tarazlamağa kömək edir. Naringi A vitamini və karotenoidlərlə zəngin bir meyvə olduğundan gözü sarı ləkə xəstəliyindən qoruyur. Eyni zamanda gözdəki təzyiqi azaldaraq göz sağlamlığına qoruyucu təsir göstərir".

Oxşar xəbərlər