Azərbaycanda Erkin Qədirlilər çoxdurmu?, “Qaradağ Su”nun rəisi Elnur Əliyev də danışdı... - Görəsən, bunları danışdıran kimlərdir..?
31-01-2023, 14:44
1 109

Azərbaycanda Erkin Qədirlilər çoxdurmu?, “Qaradağ Su”nun rəisi Elnur Əliyev də danışdı... - Görəsən, bunları danışdıran kimlərdir..?

Milli Məclisin üzvü Erkin Qədirlinin 1-2 cümləlik açıqlaması deputatlar arasında  xeyli narazılıq yaradıb. Bizim məqsədimiz nə Erkin Qədirlinin fikirlərinə dəstək verməkdir, nə də  onu susdurmaqdır. 
Bu məqamda  20 il öncə, 2003-cü ildə Prezident  seçilən cənab  İlham Əliyevin  ilk müsahibəsində dediyi bir  fikri yada düşür: “Biz mağara psixologiyası, feodal təfəkkürü ilə heç nəyə nail ola bilmərik”. Doğrudan da, danışanın ağzından vurmaq, onu susdurmaq lazım deyil. İmkan verin cəmiyyət danışsın...cəmiyyətdə bir açılım olsun. Biz demirik ki, Erkin Qədirlinin ağzından dür   tökülür, dedikləri düzdür-filan. Amma insanlara öz  düşüncəsini  qadağan etmək olmaz. Cənab Prezidentimiz demişkən, mağara psixologiyası ilə biz uzağa gedə bilmərik. 
Məlumatı olmayanlar üçün qeyd edək ki, Erkin  Qədirli  9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib olub və millət  vəkili seçilib. Erkin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü seçilib. Erkin Qədirli İrlandiya-Azərbaycan Parlamentlərarası İşçi qrupunun rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə üzv seçilib. Erkin Qədirli  REAL partiyasının liderlərindən biridir. Bir daha qeyd edirik ki, nəinki Erkin Qədirlinin, ümumiyyətlə, heç kimin dedikləri Quran ayəsi deyil. Biz bir cəmiyyət olaraq müxtəlif yanaşmalara, fərqli düşüncələrə  hörmətlə və dözümlü yanaşmalıyıq. 
Unutmaq lazım deyil ki, cəmiyyət üçün tənqid çox vacibdir. Və problemlərin üstünü basdırdıqca, problem alt qata keçir və gələcəkdə ciddi təhlükə yaradır. Deməli, ən yaxşısı  cəmiyyətin danışması, öz mövqeyini bildirməsidir. 
Yeri gəlmişkən, ölkənin ən problemli qurumlarından biri olan, “Azərsu”  ASC-nin bəzi nümayəndələri də danışmağa  başlayıb. Görürsünüzmü, məsələ təkcə millət vəkili Erkin Qədirli ilə bitmir ee....Cəmiyyətdə bir danışmaq, açılmaq, etiraz etmək, öz düşündüyünü bəyan etmək tələbatı var. Bəli, bir neçə gün əvvəl olan toy məclisində Azərsu ASC-nin Qaradağ rayon Su Kanal İdarəsinin rəisi Elnur Əliyev də danışıb, fikirlərini bildirib, nəyəsə etiraz edib. 
Məlumat üçün qeyd edək ki, Elnur Əliyev əvvəllər Binəqədi Rayon Su Kanal idarəsinin, Yasamal rayon Su Kanal idarəsinin rəisi olub. Elnur Əliyevin əməlləri barədə mediada kifayət qədər yazılıb. Bizim bu yazının məqsədi cəmiyyətdəki danışmağa başlayanları və...ən əsası onları kimlərin danışdırdığını təhlil etməkdir. Bu adam toy məclisində az qala rəsmi tribunadan danışırmış kimi çıxış edib. Bəli, Elnur Əliyev deyib ki, Azərsu ASC-nin rəhbərliyi  guya qurumun xeyli borcu olmasından danışır, hansı borcdan söhbət gedə bilər, bəs yığılan milyonlar hara gedir..? Elnur Əliyev açıq şəkildə deyib ki, Azərsu-nun topladığı 28 milyon pulun 80 faizini mən Qaradağ rayonundan toplayıb verirəm. Elnur Əliyev deyib ki, mən hər ay “paçka-paçka”  pulları yığıb   Azərsu-nun rəhbərlərinə göndərirəm. Elnur Əliyev bir az da irəli gedərək, deyib ki, Azərsu-nun prezidenti olmaq mənim halal haqqımdır, mən o kresloda oturmalıyam.
İndi gördünüzmü, danışan təkcə Erkin Qədirli deyil ee.... Erkin Qədirli cəmi 1-2 cümlə demişdi. Amma  Elnur Əliyev  bir dastan danışıb. Bizim  Elnur Əliyevin  çıxışına da  münasibətimiz normaldır. Vətəndaş danışmaq istəyir, öz mövqeyini ortaya qoyur. Deyir ki, mən  Azərsu-nun rəhbəri olmalıyam. Əlbəttə, hər bir vətəndaşın, o cümlədən  Elnur Əliyevin yüksək vəzifə tutmaq hüququ var. Nə üçün  Elnur Əliyev  Azərsu-nun rəhbəri olmasın..? Bu onun konstitusion hüququdur. Amma.... Əmması odur k, gəlin görək, o boyda Azərsu  ASC-də  heç olmasa bircə nəfər SU üzrə mütəxəssis, SU-dan bilgisi olan, başı çıxan varmı..? Həə, bax, burda  deyirlər ki, Kərəmi ağlamaq tutdu. Hələ Elnur Əliyev onu da bildirdi ki, Azərsuda Ramiz Mehdiyevlə Vasif Talıbovun qohumları o qədər çoxdur ki, bizə növbə çatmaz. Cənablar, qoyun insanlar danışsın, içini boşaltsın, bu cəmiyyətimizin xeyrinədir.... İnşallah  gələn dəfə  Elnur Əliyev  Qaradağ  rayonunda nə qədər “levi” su  xətti olmasından da danışar... Amma cənab Prezidentimizə, dövlətimizə, dövlətçiliyimizə kim xəyanət edirsə, onun cəzası mütləq verilməlidir.
P.S. Elnur Əliyev uca səslə həmin toy məclisində "Mən Şamxalın oğluyam". Mən bir yazar olaraq, sənin kimin olduğunu, yəni Əliyev Elnur Şamxal oğlu olduğunu bu gün bildim. Özün gözəl bilirsənki sənin qohumlarına görə, sənə hörmət qoyulub, salam verilib. İstər sən Elnur Əliyev, istər Ülfət sizin hər ikiniz ürəyinizdə müxalifəti dəstəkləyirsiniz. Amma zaman hər bir kəsin cavabını verəcək. Sən Elnur Əliyev həmin məclisdə onlar İsgəndərovdular, məni əsəbləşdirməsinlər deməklə nə demək istəyirdin? /gundelik-baku.com






Oxşar xəbərlər