Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
20-11-2020, 16:01
232

Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub

Azərbaycanın Baş naziri Əli Əsədovun qohumu - baş leytenant İbrahimli Adil Asəm oğlu Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Bundan başqa, Ə.Əsədovun yeddi qohumu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə birbaşa iştirak edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Azərbaycanın mənəvi paytaxtı Şuşa şəhərinin azad edildiyini elan edib.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər