Cinayətkarlığı təbliğ edən və “Kalaşnikov" gəzdirən şəxs saxlanıldı
2-02-2023, 11:41
1 112

Cinayətkarlığı təbliğ edən və “Kalaşnikov" gəzdirən şəxs saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 
Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • Cinayətkarlığı təbliğ edən və “Kalaşnikov" gəzdirən şəxs saxlanıldı - VİDEO
  • Cinayətkarlığı təbliğ edən və “Kalaşnikov" gəzdirən şəxs saxlanıldı - VİDEO

Oxşar xəbərlər