Bakıda güclü külək 15 ağaca ziyan vurdu
9-02-2023, 10:26
1 674

Bakıda güclü külək 15 ağaca ziyan vurdu

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.
Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.

Oxşar xəbərlər