Sabahın HAVASI: Qar, şaxta...
9-02-2023, 13:17
8 280

Sabahın HAVASI: Qar, şaxta...

Bakıda və Abşeron yarımadasında fevralın 10-da gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. 
Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq. 

Oxşar xəbərlər