Bakıda "Sevgi günü" - Aşiqlər necə qeyd edir?
14-02-2023, 16:30
6 345

Bakıda "Sevgi günü" - Aşiqlər necə qeyd edir?

Alagözlüm, səndən ayrı gecələr 
Bir il kimi uzun olur, neyləyim?
- deyib Nigar Rəfibəyli sevgisindən həsrətini çəkdiyi Rəsul Rzaya...
Biz sevgini onlarda, onlar kimi neçə-neçə sevənlərdən öyrənmişik. 
Sizcə, sevginin günü olurmu? Yoxsa sevənlərə hər gün bayramdı? 
14 fevral – Sevənlərin, sevilənlərin günüdür... 
Bəziləri bu günü Qərb ənənələrinin mənasız bir təqlidi, digərləri isə sevgilini sevindirmək üçün əlavə bəhanə hesab edir.  
Bəs, paytaxt Bakının sevənləri bu günü necə qeyd edir?
Lent.az şəhərdəki “14 fevral”dan kadrları şərhsiz yayımlayır:








Hədiyyələşənlər də var...








Sevginin yaşı qocalır artıq. Gənclərdən çox onlar üçün daha dəyərlidir bu gün...





Üzlərdə sevgi ilə bərabər utancaqlıq da vardı...



Bir də yalnız oturub düşünənlərimiz vardı şəhər küçələrində...


Bu da belə... Dünyanı sevgi xilas edəcək deyirlər. Gecikməyin, sevin, sevilin... 






Oxşar xəbərlər