Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL
16-02-2023, 10:28
616

Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL

Rolls-Royce Bespoke markanın 118-illik tarixində ən uğurlu ilini qeyd edib. Dünyanın hər yerindən olan müştərilər Bespoke fərdiləşdirmənin praktiki olaraq sonsuz imkanları ilə tanış oldular və nəticədə bir il ərzində rekord məbləğdə sifarişlər əldə edilib. 

2022-ci il ərzində müştərilərin arzuları nadir, qiymətli və emosional rezonans doğuran lüks əşyalarda təcəssüm olunub. Onların istək və zövqlərini rəhbər tutaraq, Rolls-Royce Bespoke komandası Şimal İşıqlarının sirrini, səhləblərin simvolizmini, mirvarilərin parlaq zərifliyini və ən son dəb tendensiyalarını araşdıraraq, Bespoke sənətkarlığın ən gözəl nümunələrini yaratmışdır. 

Qudvud-da əl istehsalı olan hər bir Rolls-Royce, müştərinin dəqiq istəyinə uyğun olaraq sifarişlə hazırlanmış avtomobildir. Rolls-Royce-un istismara verilməsi çox şəxsi və bəzi hallarda çox özəl prosesdir və bir çox müştərilər bu şah əsərini ictimaiyyətə göstərməkdənsə, özlərində saxlamağa üstünlük verirlər. Beləliklə, aşağıda göstərilən on nümunə Rolls-Royce Maison-da dizayn edilmiş və əl işi olan ecazkar əsərlərin kiçik bir seçimini əks etdirir. Bununla belə, onlar 2022-ci ildə yaradılmış Bespoke sənətkarlığının ən gözəl nümunələrini təmsil edir və brendin əsl lüks ev kimi statusunu əks etdirir.

PHANTOM "ALTI ELEMENT"

“Altı Element” seriyası Phantom Qalereyasının təqdim etdiyi misilsiz imkanları nümayiş etdirir. Altı unikal Phantomun hər birinə dünya şöhrətli britaniyalı rəssam Sacha Jafri tərəfindən əl ilə çəkilmiş unikal sənət əsəri daxildir.

“Sehrli realizm” üslubu ilə tanınan Sacha Jafri təbiətin ən güclü komponentlərini: Yer, Od, Külək, Su və Havanı, həmçinin altıncı elementi - İnsanlığı vurğulayan emosional və rəngarəng parçalar yaratmışdır.

Bu unikal bədii layihə xeyriyyə məqsədilə 1,2 milyon dollar topladı.

“AURORA BOREALIS” WRAITH-lər

Şimal işıqlarının gözəl mənzərəsindən ilhamlanan bu iki Bespoke Wraith modelləri təbiətin məşhur işıq şousunun mahiyyətini əks etdirir. Bu təbiət möcüzəsinin ecazkar əzəmətini dizaynda tərtib etmək istəyən Bespoke kollektivi gecə vaxtı qütb səmasının parlaq gözəlliyini əks etdirən iki yeni rəng çalarlarını – “Aurora” Mavisi və “Borealis” Yaşılını işləyib hazırlayıb.

Hər bir Wraith-in daxilində mavi, yaşıl və ağ fiberoptik “ulduzlardan” ibarət  çoxrəngli “Starlight Headliner”-lər var. Bespoke kollektivi, “aurora” və “borealis” çalarlarının gözəlliyini xatırladan işıqların mükəmməl yerləşdirilməsinə nail olmaq üçün çox zaman sərf etdilər.

PHANTOM “PAISLEY” GALLEREYASI

Bu qeyri-adi qalereya əsrlər boyu dəbdəbəli əşyaları bəzəmiş mürəkkəb “paisley” motivini yenidən təsvir edən gözəl, xüsusi hazırlanmış sənət əsərlərini nümayiş etdirir. Tünd Göy, Arktika Ağı və “Forge” Sarı rəngində sapdan istifadə edilməklə tamamilə əl ilə işlənmiş, o, 90.000 fərdi tikişdən ibarətdir, doğru tekstura yaratmaq üçün tikişi və atlaz haşiyəsini tamamlanması 40 saatdan çox vaxt çəkdi.

CULLINAN “FROZEN LAKES”

Bu Bespoke Cullinan-lar öz sərnişinlərini qış möcüzələri diyarının sehrli mühitinə aparır. Panel və masalar çatlamış buz naxışlarından ilhamlanan motivlə diqqətlə əl ilə rənglənir, müxtəlif rənglərə boyanmış çoxsaylı təbəqələr, daha sonra üçölçülü effekt yaratmaq üçün örtülmüş və cilalanmışdır – bu proses iki həftədən çox vaxt çəkmişdir. Bespoke “Starlight Headliner”-də oxşar effektə nail olmaq əlavə daha 18 vaxt aldı.

Eksteryer, buz səthlərinin kəskinliyini, parıltısını və dərinliyini əks etdirən “Sapphire” üzərində parıldayan “Kristal” və “Arktika” üzərində Mavi Kristal ilə tamamlanır.

PHANTOM “SAPPHIRE ASTRUM” QALEREYASI

Astrumun unikal Qalereya kolleksiyasında möhkəm gümüş nizələrin, platin dəsti almazdan armudu formada kəsilmiş sapfirlər ilə ulduz partlaması motivi var.

Arxa tərəfi qiymətli daşların ecazkar rənglərini artıran zəngin sapfir lakı olan “Bleu de Nuit-in giloche” oyması ilə bəzədilib. Qalereya saatının gümüş ətrafı da “giloche” naxışı ilə bəzədilib, “Sapphire Blue” lak örtüyü isə saat üzünə dərinlik və parlaqlıq verir.

“PEBBLE BEACH” GHOST KOLLEKSIYASI

Kaliforniyadakı dünyaca məşhur “Pebble Beach” toplantısında Bespoke imkanlarını vurğulamaq üçün nəzərdə tutulmuş iki Ghost modeli, parıldayan cizgilərin parlaq təbiətini nümayiş etdirir – “Saqano” yaşıl üzərində Kristal və “Sequoia” yaşıl üzərində qızılı işləmə.

PANTOM “ORCHID” - ƏBƏDİ ZƏRİFLİK

Bu unikal Phantom gözəllik, möhkəmlik və güc simvolu olan Sinqapur səhləbindən ilhamlanıb. Bu sifariş mərkəzi hissəsi tanınmış rəssam Helen Amy Murray tərəfindən yaradılmış, tamamilə ipəkdən hazırlanmış üçölçülü çiçəklərdən ibarət əl işidir.

Səhləb motivi arxa piknik masasında və qapı eşiklərində davam edir. “Singapore Orchid Pearl White” xarici boyası bənövşəyi gözəl mirvari effekti yaradır və bu, Orchid kuzov xətti ilə daha da gözəl tamamlandı.

PARLAQ “FUX YELLOW” DAWN

Bu parlaq Bespoke Dawn xüsusi avtomobil kolleksiyaçısı və brendin uzun müddətdir himayədarı olan Michael Fux xüsusi sifarişlərinin sırasına qoşulur. Yalnız bu model üçün yaradılmış Fux Bright Yellow çaları, canlı eksteryer, dəri üzlük, tikiş üslubu, iki rəngli sükan çarxı və rəngli təkər mərkəzləri daxil olmaqla, avtomobilin hər bir elementində qeyd olunur.

PHANTOM PLATINO

Platinin gümüşü-ağ örtüyünün şərəfinə adlandırılan bu Bespoke-un şah əsəri, iki fərqli parçanı birləşdirən interyerə malikdir - biri davamlılığı möhtəşəm dəbdəbəli görünüşlə birləşdirmək üçün İtalyan fabrikində hazırlanmış, digəri isə bambuk liflərindən əldə edilmiş və parlaq dizayn üçün seçilmişdir.

Hər iki material “Spirit of Ecstay”-nin mücərrəd şərhinə əsaslanan orijinal nümunəni bölüşür; bu motiv Qalereyada əksini tapıb. “Starlight Headliner” dizaynında, "ulduzlar" naxışın geniş qövsünü arxaya çəkirlər.

CULLINAN “INSPIRED BY FASHION”

“Cullinan – Inspired by Fashion” Bespoke üslubunun müxtəlif aspektlərini əks etdirən dörd avtomobildən ibarət iki dəstdən ibarətdir. Möhtəşəm “Re-Belle” modeli “Lime Green”, “Gunmetal”, “Wildberry” və “Arctic White” xarici tamamlamaları və “Lime Green” və ya “Peony Pink” vurğuları olan interyerə malikdir. “Fu Shion” avtomobilləri “Military Green”, “Burnout Grey”, “Forge Yellow” və “Tempest Grey” rənglərində, daxilində “Mandarin” və ya “Forge Yellow” kontrastları ilə tamamlanır.

Bu sifariş  üçün Bespoke dizaynerləri tamamilə yeni “Starlight Tailgate” yaratdılar. Bu unikal xüsusiyyət 192 yumşaq işıqlandırılmış ulduzu perforasiya edilmiş dəri örtüklə birləşdirərək, arxa qapısı açıldığında simvolik “Starlight Headliner”-i salondan kənara çıxarır.

“Bespoke IS Rolls-Royce və 2022-ci il tarixində, Bespoke sifarişlərinin ən yüksək nəticələrə çatqımız  əlamətdar il oldu. Rolls-Royce-un əsl Dəbdəbə Evi kimi mövqeyini bir daha təsdiq edərək və müştərilərimizin təxəyyüllərini rəhbər tutaraq, biz hər biri tamamilə fərdi, mənalı və sahibinin tələblərinə uyğun hazırlanmış unikal sənətkarlığımızın bəzi həqiqətən qeyri-adi nümunələrini canlandırdıq.” – deyə Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın baş icraçı direktoru söylədi.

TEXNİKİ GÖSTƏRİCİLƏR

• Phantom: NEDC qarışıq: CO2 tullantıları: 345 q/km; Yanacaq sərfiyyatı: 18,7 mpg / 15,1 l/100km. WLTP birləşdirilmiş: CO2 tullantıları: 351-362 q/km; Yanacaq sərfiyyatı: 17,7-18,2 mpg / 15,5-16,0 l/100km.

• Phantom Extended: NEDC qarışıq: CO2 tullantıları: 345 q/km; Yanacaq sərfiyyatı: 18,7 mpg / 15,1 l/100km. WLTP qarışıq: CO2 emissiyaları: 353 - 365 q/km; Yanacaq sərfiyyatı: 17,4-18,1 mpg / 15,6-16,2 l/100km.

• Ghost: NEDCcorr (qarışıq) CO2 tullantıları: 343 q/km; Yanacaq sərfiyyatı: 18,8 mpg / 15,0 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 347-359 q/km; Yanacaq sərfiyyatı: 17,9-18,6 mpg / 15,2-15,8 l/100km. 

• Ghost Extended: NEDCcorr (qarışıq) CO2 tullantıları: 343 q/km; Yanacaq sərfiyyatı: 18,8 mpg / 15,0 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 348-359 q/km; Yanacaq sərfiyyatı: 17.9-18.5mpg / 15.3-15.8l/100km. 

• Black Badge Ghost: NEDCcorr (qarışıq) CO2 tullantıları: 359 q/km; Yanacaq sərfiyyatı: 15,8 mpg / 18,0 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 359 q/km; Yanacaq sərfiyyatı: 17,9 mpg/15,8 l/100km.

• Wraith: NEDCcorr (qarışıq) CO2 tullantıları: 365-363 q/km; Yanacaq sərfiyyatı: 17,7-17,8 mpg/16,0-15,9 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 369-357 q/km; Yanacaq sərfiyyatı: 17.3-17.9mpg/16.3-15.8 l/100km.  

• Black Badge Wraith: NEDCcorr (qarışıq) CO2 tullantıları: 367 q/km; Yanacaq sərfiyyatı: 17,5 mpg / 16,1 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 370-365 q/km; Yanacaq sərfiyyatı: 17,2-17,4 mpg / 16,4-16,2 l/100km.  

• Dawn: NEDCcorr (qarışıq): CO2 tullantıları: 372-367 q/km; Yanacaq sərfiyyatı: 17,3-17,5 mpg / 16,3-16,1 l/100km; WLTP (qarışıq): CO2 tullantıları: 381-367 q/km; Yanacaq sərfiyyatı: 16,7-17,1 mpg / 16,9-16,2 l/100km.

• Black Badge Dawn: NEDCcorr (qarışıq) CO2 tullantıları: 371 q/km; Yanacaq sərfiyyatı: 17,3 mpg / 16,3 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 382-380 q/km; Yanacaq sərfiyyatı: 16,7-16,9 mpg / 16,9-16,8 l/100km. 

• Cullinan: NEDCcorr (qarışıq) CO2 tullantıları: 348 q/km; Yanacaq sərfi: 18,6 mpg / 15,2 l/100km WLTP (qarışıq) CO2 tullantıları: 377-368 q/km; Yanacaq sərfiyyatı: 17,1-17,5 mpg / 16,5-16,1 l/100km.   

• Black Badge Cullinan Cullinan: NEDCcorr (qarışıq) CO2 tullantıları: 343 q/km; Yanacaq sərfiyyatı: 18,7 mpg / 15,1 l/100km; WLTP (qarışıq) CO2 tullantıları: 377-370 q/km; Yanacaq sərfiyyatı: 17,0-17,3 mpg / 16,6-16,3 l/100km. 



 
  • Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL
  • Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL
  • Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL
  • Nadir, qiymətli və emosional: ROLLS-ROYCE BESPOKE ÜÇÜN ÖNƏMLİ İL

Oxşar xəbərlər