Arıqlamanın ən asan üsulu: MƏDƏ BOTOKSU
16-02-2023, 18:43
6 536

Arıqlamanın ən asan üsulu: MƏDƏ BOTOKSU

Mədə botoksu piylənmənin müalicəsində uğurla tətbiq olunan endoskopik və qısa müddətli prosedurdur.
Xarici KİV xəbər verir ki, mədə botoksu yalnız buna uyğun xəstələrə tətbiq etmək vacibdir.
Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Cengiz Erenoğlu mədə botoksu ilə bağlı maraqlı sualları cavablandırıb.
- Mədə botoksu necə üsuldur?
Mədə botoksu mədənin müəyyən hissələrinə botulinum toksininin endoskopik yeridilməsi əsasında aparılan müalicədir.
- Prosedur nə qədər çəkir?
Əməliyyat müddəti təxminən 20-30 dəqiqədir.
- Mədə botoksu ilə nə qədər çəki itirilir?
Botoks müalicəsi ilə bədən çəkisinin orta hesabla 10-20%-i verilə bilər.
- Mədə botoksu kimlərə tətbiq olunur?
Bədən kütləsi indeksi 27 və yuxarı olan insanlara tətbiq edilir.
- Mədə botoksunun əks təsiri varmı?
Mədə botoksu yan təsirləri az olan endoskopik müalicə üsuludur. Dərin sedasyon altında həyata keçirilən ağrısız bir prosedurdur.

Oxşar xəbərlər