Ötən il Azərbaycanda 16 minə yaxın AİLƏ DAĞILIB
20-02-2023, 17:02
6 671

Ötən il Azərbaycanda 16 minə yaxın AİLƏ DAĞILIB

2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb.
Bu, Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.
Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Oxşar xəbərlər