Dərini gənc saxlayan qidalar
24-02-2023, 13:45
1 755

Dərini gənc saxlayan qidalar

Sağlam həyat yaşamaq və hər zaman gənc görünən dəriyə sahib olmaq üçün balanslı və nizamlı qidalanmaq lazımdır. 
Xarici mətbuat xəbər verir ki, düzgün qidalanmamaq birbaşa dəri sağlamlığına təsir göstərir.
Çünki dərinin müəyyən vitamin və minerallara ehtiyacı var. Dərinizi qorumaq, xarici faktorlara qarşı gücləndirmək və erkən qocalmanın qarşısını almaq üçün qidalanmanıza diqqət etməlisiniz. 
Qırmızı bibər
Qırmızı bibərin tərkibindəki C vitamini sayəsində kollagen istehsalını dəstəkləyir. Dərinin vaxtından əvvəl qırışmasının qarşısını alır və dərinin bərpasına kömək edir. 
İspanaq
İspanağın tərkibindəki yüksək A, C və E vitaminləri dərinin vaxtından əvvəl qırışmasının və qocalmasının qarşısını alır.
Tədqiqatlar həmçinin, müntəzəm olaraq yaşıl və sarı tərəvəzlər istehlak edən şəxslərin xüsusilə göz ətrafında qırışların daha az olduğunu ortaya qoyub.
İspanaq istehlak etməklə həm bədəninizə lazım olan vitaminləri təmin edirsiniz, həm də dərinizin təravətini qoruyursunuz. 
Yumurta
Yumurta yüksək protein ehtiva etdiyi üçün dəri üçün çox faydalıdır. Hər gün 1 qaynadılmış yumurta yemək dəri hüceyrələrinin bərpasını dəstəkləyir.
Bundan əlavə, yumurta ağı dərinizdəki ölü dərini, kir və yağı təmizləyərək müntəzəm istifadədə dərinizi sıxmağa kömək edir.
Məsamələri daraldır və təmizləyir. Dərinin bərpasına kömək edir. 
Kök
A vitamini ilə çox zəngin olan kök dərini qidalandırır. Dəri qüsurlarını aradan qaldırmağa kömək edir. Sızanaq və qara nöqtə kimi problemləri aradan qaldırır.
Avokado
Avokado dəri üçün nəm mənbəyidir. Xüsusilə quru dərilər üçün əvəzolunmaz kimi tanınır. Avokado dərini xarici faktorlara qarşı güclü edir. Dərini düzəldir.
Avokado A və C vitaminləri ilə zəngin bir meyvə olduğundan dərinin bütün ehtiyaclarını ödəyir.
Avokado dəridə nəm saxladığı üçün quruluq, qaşınma və soyulma kimi problemləri də aradan qaldırır. Həm avokado yeyərək, həm də dərinizə çəkərək dəri sağlamlığınızı qoruya bilərsiniz.
Nar
Nar faydaları olan parlaq, dadlı toxumlarla doludur. Onlar antioksidan xüsusiyyətlərə malikdirlər və A vitamini, C vitamini və E vitamini, eləcə də fol turşusunun mənbəyi hesab olunurlar ki, bunların hamısı dərinin gəncliyini qorumaq üçün əladır.
Diş lövhəsinin təsirini azaldan və diş əti xəstəliklərindən qoruyan nar suyunun antibakterial xüsusiyyəti ilə təbəssümünüz üçün əla olduğu deyilir. 

Oxşar xəbərlər