Ermənilərdən azərbaycanlı müğənniyə qarşı təxribat
27-11-2020, 16:24
182

Ermənilərdən azərbaycanlı müğənniyə qarşı təxribat

Müğənni Kərim Abbasovun sosial şəbəkə hesabı oğurlanıb.
Bu haqda həmkarı Səidə Sultanın canlı yayımında deyib. Kərim “İnstagram” səhifəsinin ermənilər tərəfindən oğurlandığını bildirib:
"Səhifəm vurulub. Uşağın əlindən oyuncağını alan kimiyəm. Qalmışam bir kənarda. hakkerlər səhifəmi sındırıb. Ermənilər etdi". 
Qeyd edək ki, təxminən 1 aya yaxın hesabı oğurlanaraq deaktiv edilən müğənni onu geri qaytara bilmir.

Oxşar xəbərlər