Azad edilən ərazilərdə daha 156 mina aşkarlandı
1-03-2023, 16:31
5 070

Azad edilən ərazilərdə daha 156 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, fevralın 1-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 40 piyada əleyhinə mina, 116 tank əleyhinə mina və 1 486 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2470 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxşar xəbərlər