Yeni nazir müavini kimdir? - DOSYE
1-03-2023, 16:58
5 053

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Səadət Vidadi qızı Yusifova Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
"Unikal"ın məlumatına görə, Səadət Yusifova son təyinata qədər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyib.
S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.
S.Yusifova həmçinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.

Oxşar xəbərlər