Saytdan maşın almaq istəyirdi başına OYUN GƏLDİ
2-03-2023, 14:23
702

Saytdan maşın almaq istəyirdi başına OYUN GƏLDİ

Avtomobil almaq istəyən Lənkəran şəhər sakini dələduzluqla üzləşib.
Şəhər sakini Samir Baxşıyev saytların birində satışa qoyulan “VAZ-2107” markalı avtomobili almaq məqsədilə elan sahibi ilə əlaqə saxlayıb. Elan sahibi Əhməd Cavadov yaxın günlərdə maşını Lənkərana gətirəcəyini deyib.
Bir neçə gün sonra Samir Əhmədlə əlaqə saxlayaraq, nə vaxt gələcəyini maraqlanıb. Əhməd də artıq yolda olduğunu bildirib. Bir neçə saat sonra isə Əhməd zəng edərək deyib ki, polis maşının cəriməsinə görə onu saxlayıb. Samir cərimənin ödənməsi üçün Əhmədin kartına 3100 manat pul göndərib. 
Ancaq aldadıldığını görən Samir Lənkəran şəhər Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini Ə. Cavadov saxlanılıb və törətdiyi əməli etiraf edib.
Zərərçəkmişə dəyən ödətdirilib.

Oxşar xəbərlər