Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü
2-03-2023, 15:17
875

Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Ölkələrimiz arasında müasir əlaqələrimizin təməli bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə qoyulduğunu bildirən Baş prokuror, Ulu öndərin adını daşıyan Fond tərəfindən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko Tırnovo bölgəsində mədəni-tarixi irsinin qorunması istiqamətində aparılan işlərdən danışıb.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşev göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Bolqarıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. 
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.
Daha sonra Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Kamran Əliyev bolqarıstanlı həmkarı ilə görüşdü - FOTOLAR

Oxşar xəbərlər