Prezidentin adından Zirvə görüşünün iştirakçılarına ziyafət verildi
2-03-2023, 17:49
5 941

Prezidentin adından Zirvə görüşünün iştirakçılarına ziyafət verildi

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Qedye dək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.

Oxşar xəbərlər