Cəmiyyət
30-11-2020, 11:15
148
“İndiki vəziyyətdə əl uzadan hər kəs təhlükəlidir”
“COVİD-19-un yayılmasının və letallığının azalması üçün şərt karantin rejiminin tətbiq olunması milli təhlükəsizlik baxımından məqsədəuyğun hesab olunsa da, yoluxmanın qarşısını tamamilə ala bilməyəcək. Hazırda atmosferin özündə elə bir virus yükü toplanmışdır ki, artıq indiki mərhələdə yoluxmadan qorunmanın mümkünsüzlüyü söz misaldır”.
Bu barədə həkim-provizor, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib. O qeyd edib ki, hava-damcı yolu ilə yayılan infeksiyaların yayılma sürətini artıran elə onların havadakı sıxlığının çox olmasıdır:
“Sadəcə burada əhəmiyyətli məqam budur ki, virusa yoluxma tempinin aşağı salınması üçün karantin rejiminin sərtləşdirilməsi yoluxmanın dinamikasını azaldacaq, eyni zamanda tibb personalının daha effektiv terapevtik xidmət göstərməsinə yol açacaq. Çünki kütləvi yoluxmanın fəsadlarını qaldırmaq üçün yetərli sayda tibb personalının və infrastrukturun müvafiq vəziyyətə uyğun olması əsas şərtdir. Yoluxma kəmiyyətcə həndəsi silsilə ilə artdığı halda aparılan müalicələrin effektivlik dinamikası azalacaq”.
Həkim vurğulayıb ki, fərdi və zəruri xidmət sahələrinin fəaliyyətini davam etdirməsi pandemiyaın genişlənməsinə az təsir edir, nəinki kütləvi xarakterli təmaslarda olmaq. Onun sözlərinə görə, əgər belə davam edərsə, sərt karantin rejimi yoluxmanın dayanması üçün heç bir rol oynamayacaq, sadəcə tempini nisbətən aşağı salacaq:
“Yaşlı insanlar uşaqların tərbiyəsi üçün zəhmət çəkir, bu məsələyə həssas yanaşır, onların kamil yetişməsi üçün zəruri olan hər nə lazımdırsa edirlər. Lakin gedən proseslər onu göstərir ki, tərbiyə vermək əzmində olan insanlarımızın özlərini "tərbiyələndirmək" lazımdır. Uşaqlar anlamır dediyimiz halda, onu bilməliyik ki, bu infeksiyanın yayılmasının ən az səbəbkarları elə məhz uşaqlardır. İnsanlarımız qonaqlıqları, mərasimləri, məhdud kompaniyaları, təsadüfi təmasları, öpüşüb-görüşmələri, əllə görüşmələri yığışdırmalıdırlar. Bu günkü vəziyyətdə sənə əl uzadan kəs sənin üçün potensial təhlükədir, getdiyin məclis potensial yoluxma mənbəyidir. Biz bundan sonra bu virusla daim yaşamalı olacağıq. Ölən öləcək, qalan qalacaq. Ölməmək üçün orqanizmdə mövcud olan yanaşı fakultetiv xəstəlikləri ağırlaşmağa qoymamalıyıq”.
A.Bağırov söyləyib ki, vitamin-mikroelement qıtlığı fermentativ prosesləri pozur, bədəni zəiflədir. Onun fikrincə, insanlar meyvələrlə qidalanmağa daha çox üstünlük verilməlidir:
“Unutmayın ki, virusun öldürücü silahı bədəndə olan digər xəstəliklərdir. Hansı ki, immun sistemini daim təhdid altında saxlayır. Təbii olaraq gec-tez hamı bu virusu keçirəcək. Ona görə də hər kəs immun sistemini qorusun, qeydinə qalsın, xroniki xəstəlikləri baş qaldırmağa qoymasın. Hətta diş kariesi olsa belə, buna etinasız yanaşılmasın. Tövsiyə edərdim ki, imkan daxilində hər kəs pozitiv notlara köklənsin. Çünki, stress immuniteti ən sürətlə zəiflədən amildir”.
Həkim vurğulayıb ki, COVİD-19-un yayılmasının əsas mənbələrindən biri ictimai nəqliyyatda olan sıxlıqdır:
“Bu faktor öz rolunu oynadı. İnsanların ən az toplaşdığı yerdə olan adamlar ən çox qorunanlar olacaqlar. Kütləvi mərasimlərdə iştirak etməyə meyllilik milli mentalitetimizin özəyində duran məsələdir. Amma dövrümüzün indiki durumu belə hallardan uzaq olmağı, yaxud fərqli yanaşmanı diktə edir. Nə qədər tövsiyələr olunsa da, məsləhətlər verilsə də bəzi insanlarımızın etinasızlığı nəticəsində COVİD-19-un yayılmasının qarşısı alınmadı, əksinə yayılma daha geniş vüsət aldı. Məsləhətlərə qulaq asıb ağıllı davranan insanlar qoruna bilirlər. Qorunmanın bir üstünlüyünü unutmayın: Nə qədər gec yoluxsanız, həyatı təhlükəniz o qədər az olacaq”.