Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçirilir
3-03-2023, 11:02
1 760

Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçirilir

Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilir.
Dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov, deputatlar, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Oxşar xəbərlər