Cəmiyyət
3-03-2023, 12:44
7 721
Vergi Xidməti bu veriliş üçün ATV-yə 23 min pul verəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (ATV) (VÖEN- 0300005471) olub.
Vergi Xidməti “İqtisadi Zona” televiziya verilişinin video çəkilişinin aparılması və televiziya kanalının efirində yayımlanması üçün ATV-yə 23 min 411 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “İqtisadi Zona” verilişi Vergi Xidmətilə ATV-nin ortaq layihəsidir.
Onu da qeyd edək ki, “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 248 manat olan Tele-Radio Kompaniyası Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və “Avesta Konserni” MMC-nin rəhbəri Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun qardaşları Tağı İbrahimova məxsus olub.
Hazırda ATV-nin yeni sahibinin kim olduğu açıqlanmasa da, televiziyaya Azər Xəlilov rəhbərlik edir. Azər Xəlilov 2001-ci ildən “BBC Azərbaycan”da çalışıb. 2012-ci ildə “ATV İnternational” televiziyasına rəhbərlik edib. 2013-cü ildən etibarən “CBC” telekanalının baş direktoru kimi fəaliyyət göstərib. Azər Xəlilov eyni zamanda məşhur telejurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.